Azərbaycanda işgüzar səfərdə olan Böyük Britaniyanın İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının regional səfiri Devid Moranla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. 

"Unikal" xəbər verir ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri, iqlim dəyişmələri sahəsində qlobal səylərin vacibliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.