İsrailin xarici işlər naziri Eli Koen Kiyevə rəsmi səfər edib.
"Unikal" "The Jerusalem Post"a istinadən xəbər verir ki, nazirin Ukrayna prezidenti Volodimir Zelenski, ukraynalı həmkarı Dmitri Kuleba və yəhudi icmasının üzvləri ilə görüşü gözlənilir.
Bundan əlavə, Koen Buça və Babi Yarı ziyarət edəcək. Həmçinin o, Ukraynada müharibə başlanandan sonra fəaliyyəti müvəqqəti dayandırılan İsrailin Kiyevdəki səfirliyi qarşısında bayraq qaldırma mərasimində iştirak edəcək. Bundan sonra səfirlik fəaliyyətini bərpa edəcək.
Ağarza Elçinoğlu