YouTube-un CEO-su Susan Wojcicki vəzifəsindən getdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkə səhifəsində məlumat yerləşdirib.
"Mən YouTube-un baş direktoru vəzifəmi tərk etmək və ailə, sağlamlıq və şəxsi layihələrə diqqət yetirərək həyatımda yeni bir fəsil başlamaq qərarına gəldim" deyə bloqunda bildirib.
Doqquz ildir YouTube-a rəhbərlik edən Wojcicki əlavə edib ki, 2015-ci ildən istehsala nəzarətin rəhbəri olan Neil Mohan video hostinqin yeni baş direktoru olacaq. Xidmətin vəzifəsindən ayrılan rəhbəri 2006-cı ildə YouTube-u satın almış texnologiya nəhəngi Google-un sahibi olan Alphabet-də məsləhətçi olaraq qalacaq.