Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə işləri başa çatmaq üzrədir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, zəlzələdə həlak olan 41 156 nəfər dəfn edilib.
Ərdoğan 114 834 nəfərin dağıntılar altından sağ çıxarıldığını bildirib.