Suriyanın şimalında yerləşən Hələbdə baş verən zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Binaların uçması zamanı yaralanan 6 nəfər şəhər xəstəxanasına çatdırılıb.
Hələb səhiyyə idarəsinin rəhbəri Ziyad əl-Hac Tahanın qeyd etdiyi kimi, xəstəxanaya aparılan sakinlərin ciddi xəsarətləri yoxdur.
Yeraltı təkanlar nəticəsində Hələbin bir neçə məhəlləsində binalar uçub.
Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.
Zəlzələ Livan, Suriya, Kipr və İsraildə də hiss olunub.