G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
"Unikal" xəbər verir ki, G7 bəyanatını ABŞ Dövlət Departamentinin mətbuat xidməti yayıb.
“Biz Rusiyada və xaricdə fiziki və hüquqi şəxslərə əlavə iqtisadi xərclər tətbiq edəcəyik. G7 ölkələri Ukraynanın öz ərazilərini müdafiə etmək və geri qaytarmaq hüququnu dəstəkləyir”-bəyanatda bildirilib.
G7 Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını dayandırmaqda israr etməkdə davam edir.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell fevralın 24-dən gec olmayaraq qəbul ediləcək anti-Rusiya sanksiyalarının onuncu paketini açıqlamışdı.