ABŞ-ın birinci xanımı Cil Bayden bu həftə Afrika ölkələri Namibiya və Keniyaya səfər edəcək.
"Unikal" xəbər verir ki, birinci xanım qadınların və gənclərin səlahiyyətlərinin artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və demokratik dəyərlərin təbliği mövzularında görüşlər keçirəcək.
2022-ci ilin may ayında Cil Bayden Ukraynanın Ujqoroduna səfər edib. Bu barədə Ağ Evin saytında məlumat verilib.
Cil Baydenin də olduğu kortecin videosunu ilk olaraq Ukrayna mediası yayıb. Onlar qeyd ediblər ki, görüşdə yalnız Ağ Evin mətbuat xidməti olub , təhlükəsizlik baxımından heç bir açıqlama verilməyib.
Ağ Evdən verilən məlumata görə, Bayden bu səfəri Avropa turnesi çərçivəsində edib. O, Ukrayna ərazisində iki saatdan az vaxt keçirib,