Moldova prezidenti Maia Sandu Varşavada ABŞ prezidenti Co Baydenlə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.
Amerikalı siyasətçi ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyəcəyini vəd edib.
"O, ABŞ-ın Moldovanın siyasi və iqtisadi sabitliyinin gücləndirilməsi, o cümlədən demokratik islahatlar proqramı və enerji təhlükəsizliyi, habelə Rusiya və Ukrayna arasında silahlı münaqişənin nəticələrinin aradan qaldırılmasına yardım göstərdiyini vurğuladı", - deyə məlumatda bildirilir.
Ağarza Elçinoğlu