Fevralın 6-da Kahramanmaraşda baş verən iki dağıdıcı zəlzələdən sonra Malatyada yüzlərlə bina dağılıb və minlərlə insan həyatını itirib. Şəhər boyu dağıntıların təmizlənməsi işləri davam edərkən, zəlzələ zamanı dağılan binaların altında və ətrafında olan avtomobillər yararsız hala düşüb.

"Unikal" xəbər veri ki, Malatyada dağıdılan binaların altında qalan avtomobillər təyin olunmuş əraziyə gətirilib. Dronla görüntülənən parkdakı milyon dollarlıq avtomobillərin görünüşü diqqət çəkib.

Onlarla dağıntılar altından tam yararsız vəziyyətə düşən avtomobil evakuatorların köməyi ilə təhlükəsizlik qrupları tərəfindən pulsuz olaraq təyin olunmuş parka daşınır və yer tutmamaq üçün üst-üstə qoyulur. Oğurluq və digər hadisələrin qarşısını almaq üçün polisin nəzarətdə saxlandığı ərazidə nəqliyyat vasitələrinin  sahibləri sağdırsa özlərinə,yoxdursa birinci dərəcəli qohumlarına verilir.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində binaların dağıntıları altında qalan avtomobillərin görüntüsü fəlakətin böyüklüyünü ortaya qoyan detallardan biri olub.

Samirə Bəhramova

 

<p>Malatyada dağıntılar altından hurda olaraq çıxarılan avtomobillər təhlükəsizlik avtoparkına çəkilərkən yer tutmamaq üçün üst-üstə qoyulub.  Nəqliyyat vasitələri sağdırsa sahiblərinə, yoxdursa birinci dərəcəli qohumlarına verilir.</p> <p> </p>

 

 

<p>Mümkün oğurluq hallarının qarşısını almaq üçün xüsusi evakuatorlarla avtomobillərin yedəklənməsinə icazə verilməsə də, nəqliyyat vasitələri yalnız Ankaradan gələn Türkiyə Polis Xidmətinə məxsus 4 evakuatorla dayanacağa aparılır.  </p>