Müəyyən təlatümlərə baxmayaraq, Rusiya ilə Çin arasında münasibətlər dinamik inkişaf edir.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komitəsinin ofisinin rəhbəri, ÇKP Mərkəzi Siyasi Bürosunun üzvü Vanq Yin ilə görüşündə deyib.
Lavrov görüşdə Moskva və Pekinin bir-birinin maraqlarını qorumağa hazır olduğunu vurğulayıb.