İranda hökumətinin 40-a yaxın gizli işgəncə mərkəzi üzə çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
CNN kanalı İslam Respublikası xüsusi təyinatlı qüvvələr tərəfindən işgəncələrə məruz qalan onlarla iranlı etirazçıdan götürdüyü müsahibələrin əks olunduğu yeni reportajda hökumətin gizli işgəncə mərkəzləri haqqında məlumat verib.
Videoreportajda həmin işgəncə mərkəzlərinin konkret yeri xəritədə dəqiq coğrafi koordinatlarla göstərilib və bu binalarda həbs edilənlərə qarşı təhqir və cinsi təcavüz də daxil olmaqla “ən qəddar” psixoloji və fiziki zorakılığın həyata keçirildiyi qeyd olunub.