Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
O, Yeni Dehlidə keçiriləcək G20 xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Lavrovun işgüzar səfəri martın 1-dən 3-dək davam edəcək.
Zaxarovanın sözlərinə görə, səfər zamanı Lavrov Hindistanın xarici işlər naziri Subramanyam Caişankar ilə görüşəcək. Görüşdə ticarət və investisiyalar, nəqliyyat və logistika sahəsində əməkdaşlıq, o cümlədən qarşılıqlı hesablaşmalarda milli valyutaların istifadəsi və enerji sektorunda perspektivli layihələr müzakirə ediləcək.