"Gələcəkdə Krımın mülkiyyəti məsələsinə baxıla bilər".
"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“İndi kritik olan odur ki, onlar ( Ukrayna) hazırda cəmləşdikləri cənub və şərqdəki əraziləri qaytarmalıdırlar və biz onlara alət verməliyik ki, bunu edə bilsinlər. Krım məsələsi, gələcəkdə nə baş verəcəyi sualı bizim gəlib çatacağımız bir məsələdir”, - deyə Sullivan bildirib.
Onun sözlərinə görə, hazırda Ukrayna ABŞ-ın köməyi ilə döyüş meydanında üstünlüklər əldə etmək üçün diqqətini qısamüddətli məqsədlərə çatmağa yönəltməlidir ki, bu da gələcəkdə “Ukraynanın ərazi bütövlüyünü tam bərpa etməyə imkan verəcək. "
Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok Ukraynanın ərazi güzəştlərinin əleyhinə olduğunu bildirib .