Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonunda (Bakı-Qazax avtomobil yolunun 465-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" markalı minik avtomobili və "MAN" markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***00:59
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Ağstafa rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Tural Əhmədov