Bu gün Türkiyənin Malatya şəhərində baş verən 5,6 bal gücündə zəlzələdən sonra dağıntılar altından xilas edilən şəxslərin sayı açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə AFAD sədri Yunus Sezer məlumat verib.
“Malatyanın Yeşilyurt rayonunda baş verən 5,6 bal gücündəki zəlzələdən sonra dağıntılar altından 32 nəfər xilas edilib. Hazırda 2 binada axtarış-xilasetmə işləri davam etdirilir”, – o vurğulayıb.
Zəlzələ nəticəsində 110 nəfərin yaralandığı, 29 binanın dağıldığı bildirilir.
*** 15:17
Bu gün Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, 69 nəfər yaralanıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, 22 bina çöküb, 5 nəfər dağıntılar altından çıxarılıb, xəsarət alan 20 nəfər xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Qeyd edək ki, yeraltı təkanlar Malatya ilə yanaşı, ətraf vilayətlərdə -Kahramanmaraş, Gaziantep, Adıyaman və Şanlıurfada da hiss olunub.
***14:05
Türkiyənin Malatya əyalətində 5,6 bal gücündəki zəlzələdən sonra dağıntıların olduğu bildirilir.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerində axtarış-xilasetmə briqadası işləyir.
Məlumata görə, zəlzələnin episentri 6,9 km dərinlikdə yerləşib.
***13:21
Malatyada 5,6 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ yerli vaxtla 12:04-də Malatyanın Yeşilyurt rayonunda qeydə alınıb.