Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindiatana üç günlük işgüzar səfərə gedib.
"Unikal" xəbər verir ki, Yeni Dehlidə rusiyalı diplomatın hindistanlı həmkarı Subramanyam Caişankar ilə görüşəcəyi, G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcəyi, həmçinin Çin, Braziliya və digər ölkələrdən olan tərəfdaşlarla bir sıra ikitərəfli danışıqlar aparacağı gözlənilir .
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, xarici işlər naziri Sergey Lavrov və Rusiya nümayəndə heyəti Hindistanda keçirilən G20 Xarici İşlər Nazirlərinin görüşündə “Şimal axını”nda baş verənlərin faktiki mənzərəsini təqdim edəcəklər. Həmçinin qeyd olunub ki, Rusiya tərəfi Afrika və ən yoxsul ölkələrin ehtiyacları üçün Rusiya gübrələrinin humanitar yüklərinin həbs edilməsi mövzusunu qaldıracaq.
Fevralın 28-də RT Belarus prezidenti Aleksandr Lukaşenkonun Çinə dövlət səfəri üçün gəldiyini bildirib .