Sakit okeanın cənub-qərbində yerləşən Papua-Yeni Qvineyada 6,5 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Papua-Yeni Qvineyanın Kimbe bölgəsində zəlzələnin 598 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
"Zəlzələ nəticəsində tələfat hələlik qeydə alınmayıb, lakin afterşoklar bir neçə gün davam edə bilər", - deyə məlumatda qeyd olunub.
Zəlzələ ilə bağlı bölgədə sunami xəbərdarlığının verilməyib.