ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini Ukrayna ilə bağlı “çox cəfəngiyyat danışmaqda” ittiham edib.
"Unikal" xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin iclasında Rusiyanı müzakirə edərkən deyib.
"Putin bizə çoxlu cəfəngiyat danışır. Söylədikləri qulağa xoş gəlir, amma heç bir mənası yoxdur. Mən ondan məmnun deyiləm. O, pis adamdır və çoxlu adam öldürür, ən çox da öz əsgərləri ölür. Mən sanksiyaları ciddi olaraq nəzərdən keçirirəm, Senatın layihəsini öyrənirəm. Ukraynaya müdafiə silahlarının göndərilməsinə sərəncam verdim. Müharibə yəqin ki, 3-4 gün davam edərdi, lakin biz Ukraynaya ən yaxşı silahlar göndərdik və onlar mərdliklə döyüşdülər..."", - ABŞ prezidenti deyib.
Seçki kampaniyası zamanı və seçildikdən sonra Tramp tez-tez Ukraynada müharibəni bir günə bitirə biləcəyini desə də, bu iddia təsdiqini tapmayıb.