Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və ABŞ dövlət katibi Entoni Blinkenin arasında görüş başlayıb.
"Unikal" xəbər verir ki, Mirziyoyev Blinkenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinkenin Qazaxıstan, Özbəkistan və Hindistana səfəri başlayıb. Qeyd olunan Orta Asiya ölkələrinə səfərdən sonra Blinken 1-2 mart 2023-cü il tarixlərində Yeni Dehlidə keçiriləcək G20 Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Hindistana yola düşəcək.