Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları axtarışda оlan 251 nəfəri saxlayaraq aidiyyəti оrqanlara təhvil vеrib.
Bu barədə "Unikal"a Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, ölkədən çıxışı qadağan olan 334 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 18 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.