Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, hadisə zamanı sərnişin qatarında 350 nəfər olub.

Toqquşan qatarların ilk vaqonları tamamilə sıradan çıxıb.

Hadisə martın 1-ə keçən gecə baş verib.

11:00

Yunanıstanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 43-ə çatıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, dəmir yolu qəzasında 60-dan çox insan xəsarət alıb.

"Bu faciədə hər şey təəssüf ki, əsasən insan amilinə işarə edir. Ədalət öz işini görəcək, günahkarlar cavab verəcək", - Baş nazir Kiriakos Mitsotakis açıqlayıb. 

Faciə ilə əlaqədar 3 günlük matəm elan edilib. Mart ayının 1-də ölkənin nəqliyyat naziri istefa verib.

Ağarza Elçinoğlu