İranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması perspektivi İsrailin nüvə obyektlərinə zərbə endirmək qərarını sürətləndirə bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat dərc edib.
"Rusiya açıq şəkildə silah tədarük edib-etməyəcəyini açıqlamayıb, lakin Moskvanın Ukraynaya müdaxiləsindən sonra Moskva və Tehran daha da yaxınlaşıb. S-400-lərin yerləşdirilməsinə iki ildən az vaxt lazımdır", - məlumatda qeyd olunub.
İsrailin baş naziri Binyamin Netanyahu keçən həftə Təl-Əvivdə keçirilən təhlükəsizlik konfransında bildirib ki, İranın qarşısını almaq üçün hər şey edəcək: "İranın nüvə silahı əldə etməsinə mane olmaq mənim səlahiyyətimdədir".
Ağarza Elçinoğlu