“Beynəlxalq ictimaiyyət Suriyadakı dramı unudub. Bəşəriyyət haradadır?”.
"Unikal" xəbər verir ki, Suriyanın İdlib şəhərində açıqlama verən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus, beynəlxalq ictimaiyyəti Suriyadakı dramı unutduqlarına görə tənqid edib.
Suriyada zəlzələlərdən zərər çəkmiş bölgələrə səfər edən Qebreyesus Twitter hesabından paylaşım edib.
Qebreyesus, "Beynəlxalq ictimaiyyət Suriyanı unudub. Vəziyyət acınacaqlıdır. 12 illik müharibə, iqtisadi çöküş, Kovid-19, quraqlıq və indi də zəlzələ. Hər kəs Suriya xalqının hansı dəhşəti yaşadığını təxmin edə bilər. Bəşəriyyət haradadır?" -deyə bildirib.
Qebreyesus sosial media hesabında zəlzələdən sağ çıxarılaraq müalicə olunanları ziyarət etdiyi anları da paylaşıb.