Pakistan polisi keçmiş baş nazir İmran Xanı həbs etmək üçün onun İqamətgahına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Dawn qəzeti məlumat yayıb .
Nəşrin məlumatına görə, təhlükəsizlik qüvvələri siyasətçinin Lahor şəhərindəki iqamətgahına “onu daim məhkəmə iclaslarında iştirak etmədiyinə görə nəzarətə götürmək” məqsədilə gəliblər. Lakin Xanın “əlçatmaz olması” səbəbindən Pakistanın paytaxtı İslamabadın polisi siyasətçinin iqamətgahını tərk edib.
Sentyabrda İslamabadın Ali Məhkəməsi keçmiş baş nazir İmran Xanın məhkəməyə hörmətsizlikdə ittiham edilməsinə qərar verib .
Bundan əvvəl Pakistan polisi Xana qarşı terrorla mübarizə qanununu pozduğuna görə ittiham irəli sürüb. Qeyd olunur ki, ittihamlara səbəb siyasətçinin avqustun 20-də İslamabadda keçirilən mitinq zamanı polisin baş müfəttişini və qadın hakimi məhkəməyə vermək vədləri olub.