Şəkidə 57 yaşlı qadın dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Çələbixan küçəsi ev 7 ünvanında baş verib.
Həmin evdə yaşayan 1966-cı il təvəllüdlü Həmidova Gülşən Bayram qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. G.Həmidova dərhal Şəki rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, hal-hazırda vəziyyətinin orta ağır oldugu bildirilir.
Seymur Əli