Perunun cənubunda günorta saatlarında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Respublika Geofizika İnstitutundan məlumat verilib.
Onun sözlərinə görə, yeraltı təkanların episentri 4 minə yaxın insanın yaşadığı Atiko bələdiyyəsindən 18 km şərqdə yerləşib. Mənbə 52 km dərinlikdə yerləşib. Mümkün tələfat və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi qeydə alınmayıb.