İndoneziyanın Natuna adalarında leysan yağışlardan sonra baş verən sürüşmə nəticəsində 11 nəfər həyatını itirib, ən azı 50 nəfər isə itkin düşüb.
"Unikal" xəbər verir ki, İndoneziyanın Natuna adalarında güclü yağışlardan sonra torpaq sürüşməsi baş verib. Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgədə can itkisinin arta biləcəyi ilə bağlı narahatlıqlar da var.