Bu gün səhər 10:30 radələrində Şəmkir rayonunun Abbaslı kəndində Afət Bayramovaya məxsus fərdi yaşayış evində yanğın baş verib.
"Unikal"ın məlumatına görə, hadisə yerinə iki yanğın söndürmə briqadası cəlb olunub. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq 300 kvadratmetrlik evin iki otağı və tavanı yanıb. Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Tural Əhmədov