Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsində qeydə alınıb. 2006-ci il təvəllüdlü Rəvan Rüstəmov döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilərək dərhal əməliyat edilib.

Yeniyetmə tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov