Şimali Koreya lideri Kim Çen In qitələrarası ballistik raket sınağından sonra açıqlama verib.

"Unikal" xəbər verir ki, Kim Çen In Koreya yarımadası və ətraflarında tez-tez genişmiqyaslı hərbi təlimlər təşkil edən ABŞ və Cənubi Koreya ilə mübarizəni davam etdirəcəklərini bəyan edərək, nüvə silahına nüvə silahı ilə cavab verəcəklərini bildirib. 

Təlimə şəxsən nəzarət edən Kim, uzunmüddətli təhlükəsizlik siyasətlərində heç bir dəyişiklik olmadığını ifadə edərək, "nüvə müharibəsinin qarşısının alınmasını geri dönməz şəkildə gücləndirməklə düşmənlərə qorxu aşılamaq və insanların dinc həyatını təmin etmək" lazım olduğunu vurğulayıb.