Misir və Rusiya Federasiyasının hakimiyyət orqanları Süveyş kanalı ərazisində Rusiya sənaye zonasının yaradılmasını müzakirə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisinin Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturovla görüşündə danışılıb.
Ərəb Respublikası rəhbərinin ofisindən verilən məlumata görə, bu, “istehsal sahəsində birgə layihələrin başlanmasına, onun lokallaşdırılmasına və müxtəlif regionlarda bir çox ölkələrin bazarlarına çıxarılmasına zəmin yaradacaq”.
Bundan əlavə, tərəflər “hazırkı qlobal böhran fonunda taxıl və ərzaq təchizatı sahəsində əməkdaşlığı” müzakirə ediblər.