Türkiyənin Şanlıurfa və Adıyaman bölgələrində sel fəlakətində həyatını itirənlərin sayı 19-a yüksəlib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adıyamanda sel fəlakəti nəticəsində itən 2 aylıq hamilə Fatma Tekdalın cansız cəsədi tapılıb.

Tekdalın 1,5 yaşlı qızının axtarışları davam edir.