Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***15:07

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində açıq ərazidə məişə tullantılarının yanması barədə ilkin məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.