Şəkidə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, hadisə ötən gecə Şəki şəhəri M.Ə Rəsulzadə prospektində baş verib. Həmin ünvanda yaşayan 1963-cü il təvəllüdlü Hacıyev Əli Hacı oğlu, 1969-cu il təvəllüdlü Hacıyeva Firuzə Cəlal qızı və 2010-cu il təvəllüdlü Məmmədov Şəhriyar Xalid oğlu zəhərlənmə əlamətlərilə Şəki rayon Mərkəzi xəstəxanasına daxil olublar.
Müayinə zamanı onların yaşadıqları ünvanda dəm qazından zəhərləndiyi ehtimal olunur.
Seymur Əli