Xaçmazda fərdi evdə yanğın olub.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ümumi sahəsi 196 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, bir otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb.
"Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə nazirlikdən bildirilib.