Qaxda 43 yaşlı qadın dərmandan zəhərlənib.
"Unikal" xəbər verir ki, Qax şəhər sakini 1980-cı il təvəllüdlü İsmayılova Şəbnəm İslam qızı zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı qadının dərmandan zəhərləndiyi məlum olub. Ş.İsmayılovaya lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli