Zərdab rayonunun Çallı kənd sakini Əkbər Əhmədov su idarəsinin qarşısında özünü yandıraraq intihara cəhd edib.
"Unikal" xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.
Məlumata görə, əkin sahəsinə su verilməməsinə etiraz edən kənd sakini özünü yandırıb.
O, 80 faiz yanıq xəsarəti ilə Bakıya çatdırılıb. Yaxınlarının bildirdiyinə görə, Ə.Əhmədovun vəziyyəti ağırdır.