Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə potensialını artırmaq üçün silah tipli nüvə materiallarının istehsalının artırılmasına göstəriş verib.
"Unikal" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
“Partiya Mərkəzi Komitəsinin nüvə silahlarının sayını artırmaq planını tam yerinə yetirmək üçün gələcəkdə silah tipli nüvə materiallarının istehsalını genişləndirmək və güclü nüvə silahlarının istehsalının davam etdirilməsinə təkan vermək lazımdır", - Kim Şen deyib.
O əlavə edib ki, KXDR öz nüvə qüvvələrini daim gücləndirmək üçün səylərini davam etdirməlidir.
Bundan əvvəl KXDR Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar üzrə departamentinin rəhbəri Ço Çol Su bildirib ki, Şimali Koreyanı nüvə silahından imtina etməyə məcbur etmək müharibə elan etməyə bərabərdir. Kim Çen In isə nüvə silahına nüvə silahı ilə cavab verəcəyi barədə xəbərdarlıq etmişdi.
Gülayə Mecid