Bakı-Qazax avtomagistralının 354-cü kilometrliyində “Hyundai Santa Fe” və “VAZ 2106” markalı avtomobil toqquşub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov "Unikal"a bildirib ki, hadisə nəticəsində “VAZ 2106” avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Telman Hüseynov aldığı xəsarətlərdən ölüb.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub, nəqliyyatın hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.