Ermənistan ABŞ-da keçirilən “Demokratiya Sammiti”nin bəyannaməsində Ukraynadakı vəziyyətlə bağlı bəyənnaməni qəbul etməkdən çəkinib.

"Unikal" "İnterfax"a istinadən xəbər verir ki, bəyannamənin tam mətni ABŞ Dövlət Departamentinin saytında dərc olunub.

Sammitdə iştirak edən ölkələr Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının “humanitar nəticələrini” pisləyib.

"Biz Rusiyadan dərhal, tamamilə və heç bir şərt qoymadan, bütün qüvvələrini Ukrayna ərazisindən beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində çıxarmasını tələb edirik və hərbi əməliyyatları dayandırmağa çağırırıq”, - deyə bəyannamə qeyd edilib. 

Sənəddə həmçinin qeyd olunub ki, imzalayan tərəflər “Ukrayna ərazisində törədilmiş beynəlxalq hüquq normalarına uyğun ən ağır cinayətlərə” görə məsuliyyətə cəlb olunmasının tərəfdarıdırlar.

Bildirilir ki, Ermənistan, Hindistan və Meksika Ukraynaya həsr olunmuş bəyənnaməni imzalamaqdan imtina edib.  Bəyannaməni ümumilikdə 73 ölkə dəstəkləyib.

Gülayə Mecid