Azərbaycanlı gənc Rusiyada ölüb.
"Unikal" xəbər verir ki, hadisə Rusiya Federasiyasının Tver vilayətində baş verib.
Belə ki, Oğuz rayon Padar kənd sakini, 2000-ci il təvəllüdlü Peyman Xanlar oğlu Xəlilov üç dostu ilə birlikdə restoranların birində doğum günü şənliyinə qatılıblar. Daha sonra isə onların vəziyyətləri pisləşib və xəstəxanaya yerləşdiriliblər. Xəstəxanada 23 yaşlı Peyman Xəlilov və onun dostlarından biri həkimlərin səyinə baxmayaraq həyatlarını itiriblər. Digər iki şəxsin isə vəziyyəti ağır qiymətləndirilir.
Gənclərin qidadan zəhərləndiyi ehtimal edilir.
Seymur Əli