Bakıda intihar baş verib.
"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Rayon sakini 49 yaşlı Nisret Cahidoviç Qüybəyov yaşadığı evin eyvanından özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.