“Belarusdakı nüvə silahları Polşa ilə sərhəd yaxınlığında yerləşdiriləcək”.
“Unikal” xəbər verir ki, bunu Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov deyib.
Onun sözlərinə görə, iyulun 1-dək Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi üçün anbar hazırlanacaq.
“O, bizim Birlik Dövlətimizin qərb sərhədlərinə köçürüləcək və təhlükəsizliyimizi təmin etmək imkanlarını artıracaq. Bu, Avropa və ABŞ-dakı səs-küyə baxmayaraq həyata keçiriləcək”.