İraqın Bəsrə şəhərində sahibsiz itlər küçədə 1 yaşlı körpəyə hücum edib.  

"Unikal" xəbər verir ki, gecə saatlarında baş verən hadisə  anbaan müşahidə kameralarına əks olunub. Belə ki, itlər körpəni dişləyib və yerdə sürükləyib. Küçədəki səs-küyə çıxan körpənin ailəsi onu xilas edərək, xəstəxanaya aparıb. 

1 yaşlı körpənin gecə saatlarında küçədə tək olması birmənalı qarşılanmayıb. Qısa zamanda yayılan videodan sonra körpənin ailəsi qınanılıb. 

Seymur Əli