Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, aprelin 3-də saat 1 radələrində Salyan rayonunun Arbatan kəndi ərazisində yolu keçən 45-50 yaşlı kişi müəyyən edilməyən avtomobillə vurulub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Əməliyyat-axtarış tədbirləri aparılır.