Göyçay rayonunda yanğın hadisəsi olub.

"Unikal"ın məlumatına görə bu gün rayonun Çaxırlı kənd sakini Həmzə Məmmədova məxsus 50 kvadratmetr sahəsi olan bir otaqlı ev tamamilə yanıb. Hadisə yerinə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov