Gəncədə intihar hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Sözügedən ünvanda yaşayan Kübrə Həsənova yaşadığı evdə özünü asıb.Onun meyidi yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Qeyd edək ki, mərhum Gəncə Dövlət Universitetinin Alman dili fakültəsinin III kurs tələbəsi olub. Kübra Həsənovanın 3 ay əvvəl atası rəhmətə gedib. O atasının qəfil ölümünə tab gətirə bilməyərək intihar edib. K.Həsənova intihar edən gün həm atasının doğum günü olub, həm də atasının ölməsinin 3 ayı tamam olub. Mərhumun atası da polis olub. Qardaşı isə hazırda GŞBPİ Dövlət Yol Polisi bölməsinin əməkdaşıdır.

Tural Əhmədov

XXX

18:54

Azərbaycanda tələbə qız intihar edib.

"Unikal" xəbər verir ki, o, Gəncə Dövlət Universitetinin Alman dili fakültəsinin III kurs tələbəsi olub.

Kübra Həsənova atasının qəfil ölümünə tab gətirə bilməyərək intihar edib.