Aprelin 2-də Səbail rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində pulu, sənəd və bank kartı olan çantasının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Ozal İbrahimli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.