Ağstafada qatarın vuraraq öldürdüyü şəxsin kilmiyi məlum olub.

"Unikal"ın məlumatına görə, ölən şəxs 14 yaşlı yeniyetmə Elşən Bayramovdur. 

xxx

19:20

Ağstafada bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan qatar bir nəfəri vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov