Bakı-Salyan yolunun 29-cu kilometrliyində baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı aratıb.

"Unikal" xəbər verir ki, 2020-ci il təvəllüdlü azyaşlı Bayxan Bağırov da qaldırıldığı xəstəxanada dünyasını dəyişib.

xxx

17:15

Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü 1 qadın və 1 azyaşlı uşaq isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.